20.09.2024, 09:48
AZ EN
08.02.2024, 12:31 262

Paşinyan balığı da dövlət hesab edir

XƏBƏRLƏR
  • "Hraparak"ın məlumatına görə, bu gün Ermənistan hökumətinin növbəti iclası olub. İclasda ikisi qapalı olmaqla 24 məsələdən danışılıb. Baş nazir Nikol Paşinyan Göyçə gölü və oradakı balıqlardan danışarkən deyib ki, göldə balıq ovu qadağan olunandan indiyədək  2-3 qanunsuz balıq ovu faktı aşkar edilib və müqəssirlər cəzalandırılıb. Ermənilərin siqa adlandırdığı balıq növünün çoxalmasına məmnunluq ifadə edən N.Paşinyan deyib ki, həmin balıqları dövləti qoruduğumuz kimi qorumalıyıq.

2024-cü ildə Göyçə gölündəki polis patrul xidməti üçün yeni texnika və avadanlıqlar veriləcəyini açıqlayan baş nazir sonda belə bir gülməli ifadə işlədib ki, siqa balığı erməni dövlətçiliyi qədər qədim və məzmunludur.

Bu məqamda bir el sözü yada düşür: balıq başından iylənir. Görünür, erməni dövləti də balıq taleyi yaşayır...

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR