- "Hraparak" media şirkətlər qrupu rusiyameylli olsa da burada Rusiya əleyhinə yazılar da getdikcə çoxalmaqdadır. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun Ermənistandakı Avropa İttifaqı "müşahidə"çiləri barədə dediyi - "onlar müşahidəçi deyil, Azərbaycan, Rusiya və İran əleyhinə kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar", - sözləri demək olar ki, bütün hayların qəzəbinə səbəb olub və onlar bunu müxtəlif vasitələrlə biruzə verirlər.
Rus səfiri barədə aşağılayıcı ifadələr işlədən haylar başa düşmək istəmirlər ki, onların yaşadıqları ərazi qədim Azərbaycan torpaqlarıdır və buraya məhz ruslar tərəfindən köçürülüblər. Öz xəyanətləri ilə tarixin yaddaşına birdəfəlik mənfi çalarlarla həkk olunan hayların öncə rusların, indi isə Qərbin əlində maşa olduğu isə erməni tarixçi və politoloq Filipp Yekozanç tərəfindən də etiraf olunub.
Nəsib