21.11.2024, 23:09
AZ EN
12.08.2024, 07:00 275

Ermənistanda 4.2 maqnitudalı zəlzələ baş verib

XƏBƏRLƏR
  • 12 avqust tarixində yerli vaxtla saat 02:02-də (Qrinviç vaxtı ilə 22:02) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi tərəfindən 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrinin coğrafi koordinatları 40.20⁰ şimal enliyi və 45.22⁰ şərq uzunluğu olmaqla, Mərtuni şəhərindən 9 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Zəlzələ ocağının dərinliyi 10 kilometr təşkil edib və episentrdə yeraltı təkanların gücü 5-6 bala çatıb. Zəlzələ Qeqarkunik vilayətində 5 bal, Kotayk vilayətində 4 bal və Yerevan şəhərində isə 2-3 bal gücündə hiss olunub.

Hadisə nəticəsində dağıntılar və ya tələfat barədə məlumat verilməyib. (Trend)

Oxşar xəbərlər