O, yazır ki, indiyədək ikisinin də sözlərinə və fəaliyyətlərinə təəccüblənsə də bundan sonra təəccüblənməyəcək. Səbəbini isə belə izah edir: ağlı az olandan xoşagəlməz iş gözləmək özü də ağılsızlıqdır. O, Levon Ter-Petrosyanı 90-cı illərdəki çətinliklərdən Ermənistanı itkisiz çıxaran rəhbər kimi xatırlayaraq yazıb ki, əgər o vaxt Nikol Paşinyan hakimiyyətdə olsa idi, Azərbaycan Zəngəzurdan dəhliz tələb etməzdi, əksinə həmin ərazini tutub öz istəyinə nail olardı.
Müəllif sözügedən yazısında Zəngəzur dəhlizi ilə bağlı daha bir erməni cığallığı nümayiş etdirib. Yazıb ki, bu yolun mövcud olması nə Rusiyaya, nə də Ermənistana faydalı olmayacaq. "O, yalnız Türkiyə və Azərbaycan üçün əhəmiyyətlidir", - deyən müəllif Ermənistandan fərqli olaraq Azərbaycanda iqtisadi tərəqqinin davam etdiyinə paxıllıqla münasibət sərgiləyib. Sonra isə əlavə edib ki, Rusiyanın Azərbaycana isti münasibəti də məhz Azərbaycanın iqtisadi tərəqqisindən qaynaqlanır.
Bütün məsələlərə erməni prizmasından baxan müəllif, nəhayət, özü də bilmədən paxıllıqla da olsa etiraf edir ki, belə davam edərsə, Nikol Paşinyan nə Qərbin, nə də Rusiyanın oyuncağı deyil, məhz türklərin sözəbaxan uşağı olacaq.
Nəsib Qaramanlı