23.11.2024, 00:39
AZ EN
23.07.2024, 11:39 257

Polislər kənd sakinlərini döyüb

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, bu gün səhər xeyli kənd sakini Talin-İrəvan yolunu kəsərək kəndlərinə gedən yola körpü salınmasını tələb ediblər. Bildiriblər ki, körpü olmadığına görə evlərinə çatmaq üçün saatlarla vaxt itirirlər. Məhsulu bazara çıxartmaq isə çox baha başa gəlir.

Polislər məsələnin həllini tapacağını bildirsə də aksiyaçılar yolu açmayıblar və polislər onlara qarşı güc tətbiq edib. Qarşıdurma nəticəsində bir nəfər ağır bədən xəsarəti alıb və yaxınlıqdakı tibb məntəqəsinə aparılıb.

Aksiyanın davamlı olacağını bildirən sakin əlavə edib ki, yeri gələrsə, odlu silahdan da atəş açacaqlar.

N.Qaramanlı

Oxşar xəbərlər