04.02.2025, 16:32
AZ EN
22.07.2024, 15:19 292

Keşiş və deputat hakimiyyətə "dərs keçəcək"

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Karen Martirosyan yazıb ki, öncədən bildirildiyi kimi, bu gün saat 19.30-da Müqəddəs Anna kilsəsinin həyətində keşiş Bağrat Qalstyanın başçılıq etdiyi "Müqəddəs hərəkat"ın etiraz mitinqi nəzərdə tutulub.

Bu dəfəki mövzu isə parlament diplomatiyası barədədir. Müxalif deputat Hayk Mamicanyan sözügedən məsələ ilə bağlı çıxış edəcək. Müəllif xatırladır ki, bu sahədə çoxlu çatışmazlıqlar var və hakimiyyət parlamentli respublikanın prinsiplərinə nəinki əməl edir, hətta həmin prinsiplərin nələrdən ibarət olduğunu da bilmir.

Əlavə edək ki, Hayk Mamicanyan parlamentdəki bir çox məntiqsiz çıxışları ilə deputatların gülüşünə səbəb olub. Yəqin bu dəfə mitinqdəkiləri güldürmək üçün dəvət edilib.

N.Qaramanlı

Oxşar xəbərlər