20.09.2024, 11:07
AZ EN
15.07.2024, 09:36 273

Keşiş baş naziri cinayətkar elan edib

XƏBƏRLƏR
  • Ermənistan mətbuatına istinadən xəbər vermişdik ki, keşiş Bağrat və komandası sosial bazasını gücləndirmək məqsədi ilə bölgələrə səfər edir və o, şənbə günü Abovyan şəhərində bir qrup tərəfdarı ilə görüşüb.

O, yenə də baş nazir Nikol Paşinyanın ünvanına din xadiminə yaraşmayan ifadələr işlədib. Deyib ki, biz təkcə fiziki müharibə aparmırıq, həm də ruh və düşüncə müharibəsi edirik. Nikolun başçılıq etdiyi hakimiyyət cinayətkarlardan ibarətdir və onlar oğru qanunları ilə işləyirlər.

Xatırladaq ki, artıq 4-cü aydır ki, keşiş Bağrat Qalstyan Ermənistan hakimiyyətinə qarşı mitinqlər təşkil edir. Amma orada iştirak edənlərin sayı gündən günə azalaraq minimum həddə çatıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər