09.06.2025, 22:55
AZ EN
09.07.2024, 14:10 342

KİV: Ermənistanın peyklərinin fəzadan geri çağırılması tələb olunub

XƏBƏRLƏR
  • Bir sıra ölkələr onlara aid peyklərin işinə mane olduğu üçün Ermənistanın “Ayasat-1” və “Armsat-1” peyklərinin fəzadan geri çağırılmasını tələb edib.

“Johovurd” qəzetinin xəbərinə görə, buna səbəb onların buraxılış prosesinə hazırlığının qeyri-peşəkar səviyyədə həyata keçirilməsidir.

Peyklərin orbitə buraxılması ilə bağlı işlərə təyinatından əvvəl ABŞ-də taksi sürücüsü işləmiş Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan rəhbərlik edib.

Qeyd edək ki, hər iki peykin buraxılma prosesi müvafiq olaraq 2022 və 2023-cü illərdə ABŞ Hərbi Hava Qüvvələrinin “Vandenberq” bazasından həyata keçirilib. (APA)

Oxşar xəbərlər