20.09.2024, 04:59
AZ EN
08.07.2024, 11:05 162

Erməni vitse spiker ABŞ-a gedəcək

XƏBƏRLƏR
  • "Hraparak" yazıb ki, Ermənistanın xarici işlər nazirinin rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən spikerin müavini Hakop Arşakyan və bir neçə deputat  iyulun 14-17-də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində keçiriləcək yüksək səviyyəli siyasi forumda iştirak etmək məqsədi ilə sözügedən ölkəyə yola düşəcək.

Agentliyin müxbiri Karen Martirosyanın fikrincə, forumda Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir və ermənilər Qarabağdan könüllü köçən soydaşlarının məsələləri ilə bağlı çıxış edəcəklər. Göründüyü kimi, haylar sülh müqaviləsi ilə bağlı danışıqlara hazır olduqlarını desələr də imkan düşdükcə Azərbaycanın əleyhinə müxtəlif mövzulu təxribat törətməkdən əl çəkmirlər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR