Belə ki, Paşinyan 1998-ci ildə keçirilən Lissabon sammitinin məhz Qarabağ münaqişəsinin həllinə dair yekun sənədini deputatlar üçün oxuyub. Paşinyan sənədi oxuyub bitirəndən sonra etiraf etməyə davam edib.
O, "Biz yanlış, səhv başa düşdük" sözləri ilə özlərinə bəraət qazandırmağa başlayıb.
Ermənistanın baş naziri vurğulayıb ki, bütün bu onilliklər ərzində Ermənistan hakimiyyətindən başqa heç kim Qarabağ ermənilərinin "öz müqəddəratını təyin etmə məsələlərini" nəzərdən keçirməyib. Təbii ki, o, bütün Ermənistan hakimiyyətinin son 30 il ərzində öz maraqları naminə siyasi manipulyasiyalarda bu amildən istifadə etdiklərini qeyd etməyi unutmayıb.
Əslində, Ermənistanın baş naziri açıq şəkildə etiraf edib ki, SSRİ dağılandan 2020-ci ildə Azərbaycan ordusu ölkənin işğal olunmuş ərazilərini azad edənə qədər Ermənistan hakimiyyəti öz ölkəsini və xalqını, necə deyərlər, yanlış istiqamətdə aparıb.
Yanlış istiqamətdə hərəkət etdiklərini anladılar və qeyd etdilər. Nikol Vovaeviç, bəs indi düzgün istiqamətdə getməyə başlamağın vaxtı deyilmi? (Trend)