19.09.2024, 05:20
AZ EN
30.05.2024, 12:03 259

Nikol Paşinyan: “Ermənistan öz təhlükəsiz gələcəyini, müstəqilliyini, iqtisadi inkişafını düşünürsə, onda sərhədlərin delimitasiyası çox vacibdir”

XƏBƏRLƏR
  • “Mən bir qarış da olsun, torpaq verməmişəm. Azərbaycan öz torpaqlarını istəyib və biz də ona  müsbət cavab vermişik. Dolayısya torpaqları qaytarmışıq”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan KİV-lərinə açıqlamasında deyib.

Paşinyan daha sonra qeyd edib ki, əgər məsələni dərindən araşdırmaq istəyirsinizsə, onda gedin,  1991-ci il dekabrın 21-də AlmaAta bəyannaməsi ilə tanış olun: “Bu istiqamətdə, yəni sərhədlərin delimitasiyası ilə hər iki tərəfdən  yüksək dövlət məmurlarının iştirakı ilə  komissiya təşkil edilib və komissiyanın özünün rəyinə görə bu addımı atmışıq. O ki, qaldı, sənin, mənim peşman olmağımla bağlı sualına, cavab olaraq deyə bilərəm ki, qətiyyən xeyir. Əgər Ermənistan öz təhlükəsiz gələcəyini, müstəqilliyini, iqtisadi inkişafını düşünürsə,  onda sərhədlərin delimitasiyası çox vacibdir. Unutmayaq ki, son 33 ildə  Ermənistanda heç vaxt sabitlik hökm sürməyib”.

Paşinyan onu da vurğulayıb ki, ötən müddətdə Azərbaycan və Ermənistan arasında bu qədər yaxınlaşma olmayıb. İndiki vəziyyət sülh müqaviləsinin imzalanması üçün böyük  fürsətdir və bu şansı əldən vermək olmaz. Jurnalistlərin ümum Ermənistanın dini ilideri, Eçmiədzin kilsəsinin baş keşişi II Qaraginə qarşı polislərin hörmətsizliyinə hökumətin münasibəti necədir,- sualına Paşinyan belə cavab verib: “Din xadimlərinə daim diqqət, hörmət olunub, bu gün də var. O din xadimlərinə ki, dövlətin siyasətinə qarışmasınlar, ölkədə daxili sabitliyə riaiət etsinlər. İnsanları birliyə dəvət etsinlər. Ancaq təəssüflər olsun ki, bu gün Ermənistanda başda II-ci Qaragin olmaqla və onun bəzi əlaltıları, onlar da kimlərə xidmət edirlər, bunu siz yaxşı bilirsiniz. Çalışırlar ki,  daxili sabitliyi pozub cürbəcür təxribata əl atıb xaos, anarxiya yaratsınlar. Belə olan halda əlbəttə ki,  təxribatın qarşısı alınacaq və həmin radikalçılar qanun qarşısında cavab verəcəklər”.

Baş nazir müxtəlif qüvvələrin hökumətin istefasını tələb edərək keçirdikləri itaətsizlik aksiyalarını isə qəbul etmədiyin deyib. Hansısa bölgənin keşişi təxribatlara drijorluq edərək meydanlarda şou göstərir. Özünü baş nazir təyin edib, hələ mənimlə də görüşmək tələb edir. Mənim şoumenlərlə görüşməyə nə vaxtım, nə də ki, onu eşitməyə səbrim var”,- deyə Paşinyan son mesajını verib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər