- Ermənistan mediası xəbər verir ki, Rusiya Federasiya Şurası yuxarı palatasının xarici əlaqələr komissiyasının sədri Qriqori Karasin RF dövlət dumasının sədri Valentina Matvienkonun tapşırığı ilə Ermənistan parlamentinin sədri Alen Simonyana məktub göndərərək ondan Avropa İttifaqı dövlətlərinin iclası zamanı açıqladığı fikirlərə görə izahat verməyi tələb edib.
"Hraparak" sözügedən məsələ ilə bağlı əlavə edib ki, həmin toplantıda Simonyan Aİ-nın dəstəyini qazanmaq üçün Rusiyanın "qırmızı xəttini" pozub və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb.
N.Qaramanlı