"Hraparak" bu gün yazıb ki, vaxtilə özəlləşdirilmiş binalarda yerləşən Yaradıcılıq təşkilatları hökumətin onları geri almaq məqsədi ilə müvafiq orqanlara, o cümlədən Karastr Komitəsinə və prokurorluğa göstəriş verməsindən narazıdırlar. Rəssamlar İttifaqının sədri Suren Safaryan, bəstəkarlar İttifaqının sədri Aram Satyan və jurnalistlər birliyinin sədri Satik Seyranyan deyiblər ki, 2020-ci ildən bəri davam edən anlaşılmazlığın indi hüquqi cəhətdən aydınlaşdırılması başlayıb. Onlar vurğulayıblar ki, vaxtilə satışa çıxarılmış və yaradıcı birliklər tərəfindən alınmış binaları indi yenidən dövlət əmlakına qaytarmaq cəhdləri həm yaradıcı insanlara, həm də hökumətin öz qanunlarına qarşı hörmətsizlikdir. "Hraparak"ın əməkdaşı Sina Adamyan əlavə edib ki, qanundan danışan və qanunu qorumağa borclu olan prokurorluq indi hər şeyə qanunla deyil, hakimiyyətin istəyi ilə yanaşır.
N.Qaramanlı