20.09.2024, 00:17
AZ EN
05.03.2024, 15:46 171

Partiya sədri jurnalist qadını Azərbaycanca təhqir edib

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Karen Martirosyan yazıb ki, martın 5-də "Yerablur"da (müharibədə öldürülən erməni əsgərlərin basdırıldığı məkan- N.Q.) ermənilərin Sparaped - qalib sərkərdə adlandırdıqları Vazgen Sarkisyanın qardaşı, "Respublika" partiyasının sədri Aram Sarkisyan qardaşının doğum günü ilə bağlı danışarkən onu həm hakimiyyət, həm də müxalifət tərəfindən milli birliyin və qələbənin simvolu adlandırılması ilə qürur duyduğunu vurğulayıb. Amma qadın jurnalistlərdən biri bu fikirlərlə razılaşmadığını bildirib. Partiya sədri isə deyib: "Mən qardaşımın doğum günündə siyasi mübahisə yaratmaq istəmirəm. Siz isə jurnalistliklə ləçərliyi (ermənicə belə yazılıb- red.) bir-birinə qatırsınız. Mən sizə müsahibə verməyi vəd etməmişəm. Get işinlə məşğul ol".

Jurnalist isə qışqıraraq deyib ki, ləçər türk sözüdür, deməli özün də türksən. Partiya sədri isə daha bir neçə təhqiramiz ifadə işlədərək uzaqlaşıb.

Müxbirin ehtimalına görə, qadın jurnalist məhkəməyə müraciət edəcək...

Yerigəlmişkən qeyd edək ki, ermənilər bir-biri ilə söz davası edərkən Azərbaycan dilindəki ifadələrdən istifadə etməyə öyrəncəlidirlər. Belə ki, onlar təkcə torpaqlarımızı, mətbəximizi, musiqimizi deyil, həm də söyüşlərimizi özününküləşdiriblər.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR