Xəbəri yayan "Hraparak" əlavə edib ki, baş nazir Nikol Paşinyan parlamentdə açıqlama verərkən Ermənistanın KTMT-da fəaliyyətini faktiki olaraq dondurduğunu, belə davam edərsə isə de-yure dayandıracağını bildirmişdi. Spiker Alen Simonyan isə bəyan etmişdi ki, hələ KTMT-dan çıxmaq barədə qərar qəbul edilməyib. Amma bunu heç kim istisna etmir.
Bəs həmin təşkilatdan çıxmaq ermənilərə nə verəcək sualı isə cəmiyyətdə müxtəlif cavablarla davam edir. Gənc nəsil ölkənin Qərbə inteqrasiyasının tərəfdarı olsa da bütün problemlərin referendum yolu ilə çözülməsinə tərəfdarlar da az deyil.
N.Qaramanlı