Onların ən kiçiyi 1982-ci ildə anadan olan Qaqık Manukyandır. Bu isə o deməkdir ki, Azərbaycanla təmas xəttindəki postlarda yalnız müqaviləli hərbçilər dayanırlar və onların çoxu ikinci Qarabağ savaşının iştirakçısıdır.
Ermənistan parlamentindəki "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Qaqık Melkonyan isə jurnalistlərə bildirib ki, atışma zamanı əsgərlərdən biri insult keçirərək ölüb. Buradan belə qənaətə gəlinir ki, o, erməni əsgərinin qorxudan öldüyünü təsdiqləməyə məcbur olub. Bu baxımdan ataların bir sözü lap yerinə düşür: arığın qoruqda nə işi var ki, vurub qıçını sındıralar.
Bir sualın cavabı isə hələ aydın deyil: bu gün gəbərdilən Qaqık Manukyan Bakıda təcridxanada boynuburuq halda çay içən general David Manukyanın və demək həm də onun daşnak qardaşı deputat Geğam Manukyanın qohumu deyil ki?
N.Qaramanlı