20.10.2024, 16:39
AZ EN
01.02.2024, 10:19 284

Səfir: "Rusiya Qərbin Ermənistan üzərindən Qafqazda vəziyyəti gərginləşdirmək səylərini görür"

XƏBƏRLƏR
  • Rusiya Xarici İşlər Nazirliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə xüsusi səfiri Viktor Vasilyev yerli KİVaçıqlamasında Ermənistanın təşkilatdan çıxmasının gündəmdə olmadığını deyib.

Rusiya KİV-i xəbər verir ki, o, İrəvanın KTMT tədbirlərində iştirak etməməsini Ermənistanın öz seçimi adlandırıb.

“Bu, Qərbin təzyiqi və emosiyaların nəticəsidir”, - səfir vurğulayıb.

Diplomat qeyd edib ki, ağlın səsi gec-tez emosiyalardan üstün olacaq: “Ermənistanın təhlükəsizliyi, o cümlədən hərbi-texniki sahənin inkişafı KTMT-də əməkdaşlıq olmadan mümkün görünmür. Mən bunu təsdiq edən məlumatları açıq şəkildə deyə də bilərəm”.

XİN rəsmisi əlavə edib ki, Rusiya Qərb dövlətlərinin Ermənistandakı vəziyyətdən təkcə ölkə daxilində deyil, bütün Qafqazda vəziyyəti gərginləşdirmək üçün istifadə etmək səylərini görür.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl KTMT-nin addımlarının İrəvanın maraqlarına uyğun gəlmədiyini bildirmişdi. (Report)

Oxşar xəbərlər