06.02.2025, 22:31
AZ EN
31.01.2024, 16:15 410

Erməni nazir: Rusiyadan silah alınması ilə bağlı əsas məsələlər həll olunub

XƏBƏRLƏR
  • Rusiyadan silah alınması ilə bağlı əsas məsələlər, görünür ki, həll olunub.

Ermənistan KİV xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.

Nazir xatırladıb ki, bu kimi məsələlərlə bağlı müzakirələr ictimaiyyətə açıqlanmır, lakin onun bildiyi qədər bütün əsas məsələlər həll olunub.

“Ən azı Müdafiə Nazirliyindəki tərəfdaşlarımdan sualların qaldığına dair heç bir siqnal almamışam”, - nazir bildirib. (APA)

Oxşar xəbərlər