08.09.2024, 07:08
AZ EN
29.01.2024, 12:02 213

Koçaryanın oğlu parlamentdən qovulacaq

XƏBƏRLƏR

Son aylar fəaliyyətə başlayan və müxalifət barədə hələ indiyədək səsləndirilməmiş kobud, bəzən də söyüş dolu ifadələr işlədən ARM.News Hour informasiya saytının həm də YouTube-da yerləşdirilmiş xəbərində Nane İsraelyan bildirir ki, proporsional seçki qaydasına görə Robert Koçaryanın oğlu Levon parlamentdən istefa vermiş "Hayastan" blokunun üzvünün yerinə deputat olub. O, indiyədək heç bir məsələnin müzakirəsinə qoşulmayıb. İclaslarda isə müntəzəm iştirak etmir. Müəllif daha sonra Robert Koçaryan barədə izah verir. Deyir ki, erməni xalqı şöbəyə möhtac olduğu vaxtlar R.Koçaryan ölkədəki sənaye müəssisələrini çox ucuz qiymətə Rusiyaya satdı. Əhalini populist şüarlarla aldadıb ölkənin iqtisadiyyatına hələ də sağalması mümkün olmayan yaralar vurmaqla tarixə düşdü. Həm xaricdə, həm də Ermənistanda yaxın adamlarının adına onlarla biznes şəbəkəsi yaradıb. Oğlu Levon isə savadsız olduğu qədər də tərbiyəsizdir. Hətta ötən ilki etiraz aksiyalarında polisin xahişinə kobud ifadələrlə cavab verdiyinə görə şöbəyə aparılaraq bir neçə saat orada qalmışdı. Paşinyanı küçə sözləri ilə  istefa verməyə çağıran Levon Koçaryanın parlamentdə oturmasını ermənilərin milli dəyərlərinə hörmətsizlik kimi qiymətləndirən jurnalist əmindir ki, o, öz savadsızlığı və tərbiyəsizliyi ilə gənclərin də nifrətini qazanıb və gənclər onun mandatının geri alınması üçün xeyli imza toplayaraq Ermənistan parlamentinə təqdim ediblər. Müəlluf inanır ki, Levon Koçaryanla bağlı qəti cəza tədbiri ələ alınacaqdır.

Təki elə olsun.

N.Qaramanlı

Oxşar xəbərlər