"Hraparak"ın müxbiri Lusine Şahverdiyanın "... pullar harada yoxa çıxıb" başlıqlı bu günkü məqaləsi Qarabağdan İrəvana qaçan dırnaqarası deputatların dünən iclas keçirərək "büdcədəki" və məcburi vergi fondundakı vəsaitin taleyinə aydınlıq gətirmək barədədir. Müəllifin araşdırmalarına görə sözügedən vəsaitin kim tərəfindən və haraya göndərildiyi barədə yekdil məlumat yoxdur. Vurğulanır ki,ötən ilin mayından sentyabrdakı məlum olaylara qədər gəlir vergisi və s. ödənişlərin harada yoxa çıxması barədə məsul şəxslər də məlumata malik deyillər. Bəziləri iddia edir ki, bütün pullar nağdlaşdırılaraq İrəvanda iqtidar nümayəndəsinə verilib. Bu fikrin əsassız olduğu barədə müxtəlif şərhlər bildirilməkdədir. Jurnalist isə belə qənaətdədir ki, həmin vəsaitləri məhz məsul şəxslər özləri nağdlaşdıraraq oğurlayıblar.
N.Qaramanlı