Nəşr əlavə edib ki, 2002-ci ildə "Dövlət əmlakının özəlləşdirilməsi" qanunu qüvvəyə mindikdən sonra sözügedən qapalı cəmiyyət dəyəri 200 mindən 1 milyon 400 minədək olan köşkləri də satın alıbmış. Sabiq hakimiyyətlərin dövründə də təzyiqlərə məruz qalan bu cəmiyyətin indiyədək İrəvanda və vilayətlərdə 175 köşkü bağlanılıbmış. Qəzet sonda vurğulayır ki, baş nazir vaxtilə mətbuat sahəsində tanınmış fiqur olub, amma indi mətbuata qarşı əsl düşmən mövqeyi nümayiş etdirir.
Öz aramızdır, düz edib bağlayıblar. Axı, hay hara, mətbuat hara...
N.Qaramanlı