Dövlət başçısı Türkiyənin inkişafına mane olmaq istəyənlərin olduğunu bildirib: “Bunun üçün terrordan, iqtisadi təzyiqlərə qədər müxtəlif vasitələrdən istifadə edirlər”.
Ərdoğan deyib ki, Türkiyə məqsədlərinə çatmaq üçün heç vaxt qurban verməkdən çəkinməyib: “Millətimiz həmrəylik göstərdikcə bizi kimsə parçalaya bilməz. Müxtəlif sahələrdəki uğurlarımızla dostlarımıza inam, düşmənlərimizə qorxu verməyə davam edəcəyik”.
Türkiyə lideri vurğulayıb ki, 2024-cü ilin ölkəsi üçün uğurlu olacağına inanır. (Report)