11.10.2025, 01:20
AZ EN
25.12.2023, 11:24 376

Erməni deputatlar bir-birini azərbaycanca söyürlər

XƏBƏRLƏR
  • Qədim Azərbaycan torpaqlarında himayədarlarının əli ilə özlərinə marionet dövlət quran ermənilərin Azərbaycan musiqisini, mətbəxini də özününküləşdirməyə daim cəhd göstərdikləri barədə çoxsaylı faktlar vardır.

İstər 44 günlük müharəbədəki məğlubiyyətdən, istərsə də bu ilin sentyabrında 24 saata yaxın davam edən lokal antiterror tədbirlərindən sonra Ermənistanın parlamentində siyasi məsələlərin müzakirəsi zamanı tərəflərin bir-birini Azərbaycan dilində söyüşlərlə başa salmağa çalışması son ayların  “erməni  kəşfləri” sırasına daxil olub. Həmin ifadələrin “YouTube”da paylaşılması da, görünür, erməni mediasının xoşuna gəlir.

Terrorçu qardaşı Bakıda təcridxanada çay içən müxalif deputat Geğam Manukyanın təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Koçaryanı "san ağraşsan, turk itisan" adlandırdıqdan sonra üzünü jurnalistə tutub ermənicə "montaj etmə, necə demişəm, elə də qalsın" deməsi də bunun növbəti nümunəsidir.

Ermənilərin bir-birinə qarşı nalayiq ifadələr işlətməsi, əlbəttə, öz mentalitetlərindən irəli gəlir. Biz isə, narazı deyilik, əksinə, istərdik ki, dilimizdə nə qədər söyüş varsa, ermənilər bir- birlərinə əzbərlətdirsinlər, amma bizimlə davaya çıxmasınlar. Əks halda başlarına yenə yumruq vurmalı olacağıq.

N.QARAMANLI

Oxşar xəbərlər