14.12.2024, 18:31
AZ EN
18.12.2023, 11:58 267

Keşiş revanşizmi təbliğ edir

XƏBƏRLƏR

Ermənistanın Tavuş vilayətinin baş keşişi Baqrat Qalstyan deyib ki, bəli mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə kimi belə qalacağam. "Hraparak"ın bu gün yaydığı xəbərdə o, daha sonra əlavə edib ki, bu kiməsə nifrət deyil, bu milli mənəvi və fiziki mənada əxlaqi dəyərdir. Başqa cür də ola bilməz. "Revanşizm yolu  qisas yoludur, öz evinə qayıtmaq üçün başqa yol varmı? Yox!"- deyə o, xüsusilə Qarabağdan köçmüş erməniləri revanşçıları dəstəkləməyə çağırıb.

N.Qaramanlı

Oxşar xəbərlər