Bunu parlamentin sədri özünün teleqram hesabında yazıb: “Uzun, qanlı müharibələrdən sonra dinc həyatın bir çox nümunələri var. Ümumiyyətlə, bunun alternativi yoxdur".
Qanunverici orqanın spikeri Alen Simonyan əmin edib ki, o, sülh üçün hər şeyi edəcək. A. Simonyan, həmçinin qeyd edib ki, iki dövlət arasında ticarət əlaqələri də bərpa olunmalıdır. (Report)