22.11.2024, 06:40
AZ EN
29.11.2023, 10:50 313

Ermənistanda 44 günlük müharibə ilə bağlı komissiyanın növbəti iclası qapalı keçiriləcək

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin 44 günlük müharibə ilə bağlı yaratdığı araşdırma komissiyasının növbəti iclası qapalı keçiriləcək.

“Joğovurd” xəbər verir ki, iclasda Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” olmuş Samvel Babayan dindiriləcək.

Nəşr əlavə edir ki, orada yalnız komissiyanın “Vətəndaş Müqaviləsi” partiyasından olan üzvləri iştirak edəcək.

Qəzetin yazdığına görə, “Vətəndaş Müqaviləsi”nin nümayəndələri Babayanı səmimi qarşılamaq niyyətindədirlər. “Başqa sözlə, deyə bilərik ki, onun istintaq komissiyasına dəvət edilməsi sadəcə formal xarakter daşıyır”, - deyə “Joğovurd” yazır. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR