20.09.2024, 06:47
AZ EN
20.11.2023, 12:02 289

Aİ: “Bizim üçün əsas məsələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır”

XƏBƏRLƏR
  • “Ermənistanla Azərbaycan arasında müqavilənin harada imzalanması bizim üçün müqavilənin özündən daha az əhəmiyyətlidir. Əsas məsələ belə bir müqavilənin imzalanmasıdır”.

Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində deyib.

O qeyd edib ki, Aİ səmimi səylərini təklif edib: “Əsas məsələ sülh məsələsində irəli getməkdir. Biz münasibətlərin real nizamlanması istiqamətində irəliləyişi təşviq etməyə çalışırıq”.

T.Klaar söyləyib ki, 3+3 formatı regiondakı ölkələrin problemləri həll edə bilməsi üçün uğurlu platformadır: “Dediyim kimi, bizim üçün ən vacib olan inkişafdır. Platforma o qədər də əhəmiyyətli deyil”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR