"Hraparak" saat 10.04-də yazıb ki, Qarabağdakı ermənilərin nümayəndələri Azərbaycanın Yevlax şəhərinə yola düşüb. Bu gün Yevlaxda Azərbaycanın rəsmi nümayəndələri ilə Qarabağdakı erməni icmasının nümayəndələri arasında üçüncü tərəfin iştirakı olmadan müzakirə aparılacaq. Agentlik əlavə edib ki, erməni nümayəndə heyətinə separatçı rejimin sabiq başçısı Araik Harutyunyanın qardaşı Artur Harutyunyan başçılıq edir.
N.Qaramanlı