"Hraparak"ın bu günkü yayımında müxbir Hayk Gevorkyanın Azərbaycanşünas Anjela Elibekyanla müsahibəsi dərc olunub. O, deyib ki, Paşinyan İctimai TV-yə verdiyi müsahibədə ölkədəki mövcud durumdan daha çox öz hakim partiyasının üzvü, artist Hayk Marytyan barədə danışıb. Əlavə edib ki, Ermənistanın "arsaxın" təhlükəsizlik məsələlərinə birbaşa qarant olduğunu unudan və bunu dilinə belə gətirməyən baş nazir yalnız Azərbaycanın maraqlarına uyğun fəaliyyət göstərir. Baş nazirin Rusiya barədə fikirləri ilə də barışmadığını xüsusi vurğulayan Angela Elibekyan Ermənistanla ABŞ hərbçilərinin birgə təlim keçməsinə həm İranın, həm də Rusiyanın münasibətinə də fikir bildirib. İranın prezidentinin Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu bildirməsi isə onun, necə deyərlər, xətrinə dəyib. Ermənistanda iranlıların getdikcə çoxaldığını, iranlılarla xeyli ermənilərin ailə qurduğunu xatırladan Angela həm də ümid edir ki, İran prezidenti öz mövqeyində "redaktə" edəcəkdir.
Nəsib