22.11.2024, 09:14
AZ EN
13.09.2023, 11:15 284

Erməni analitik Paşinyanı Azərbaycana xidmətdə suçladı

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Koryun Simonyan " Belə çıxır ki, sabiq prezidentlər bütün dünyanı 30 il eşşək yerinə qoyub" başlıqlı məqaləsində yazır ki, baş nazir Nikol Paşinyan İctimai TV-yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 1991-ci il Alma-Ata bəyannaməsində Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə açıqlamasına istinadən həmin ərazinin, doğrudan da, Azərbaycana məxsus olduğunu yenidən bildirməsi ermənilərin növbəti narazılığına səbəb olub. Beynəlxalq hüquq üzrə mütəxəssis, ekspert Aram Orbelyan isə mövzu ilə bağlı jurnalistə bildirib ki, Paşinyan yalan deyir, 1994-cü ildən 2018-ci ilədək "arsax" Ermənistan- Azərbaycan münaqişəsində müstəqil tərəf kimi tanınıb. Yalnız Paşinyan iqtidara gələndən sonra vəziyyət başqa məcraya yönəldilib. Qeyd olunan müddətdə hətta BMT təhlükəsizlik şurasının erməni silahlı qüvvələrinin sözügedən ərazini tərk etməsi barədə qəbul etdiyi qətnamələr də yerinə yetirilməmiş qalıb. Belə çıxır ki, bu gün Paşinyanın tənqid etdiyi sabiq erməni prezidentlər təqribən 30 il ərzində beynəlxalq təşkilatları eşşək yerinə qoyub. "Paşinyan Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqla məsuliyyəti öz üzərindən atır və həmin ölkəyə xidmətini davam etdirdiyini isbatlayır", - deyə o bildirib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR