Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İnşaatçılar Gününə həsr olunmuş təntənəli tədbirdə deyib.
Onun sözlərinə görə, peşə bayramı problemlər haqqında danışmaq və onların həlli yollarını göstərmək üçün əlavə səbəbdir: “Söhbət ölkənin strateji inkişafından, yeni tikinti mədəniyyətindən, yeni keyfiyyətdən, yeni standartlardan, yeni yanaşmalardan və templərdən gedir. Bizdə binanın söküntüsü illərlə davam edir. Müdafiə Nazirliyinin keçmiş binasını 4 ildir sökürük. Bu həm özəl sektor, həm də dövlət sektoru üçün problemdir”.
“Mən hələ yeni binanın tikintisi müddətindən danışmıram” deyən Ermənistanın baş naziri özləri üçün acı həqiqəti də dilə gətirib: “Bir çox başqa ölkələrdə bir neçə günə tikilən binanı Ermənistanda illərdir tikirlər, tikirlər, amma tikib qurtara bilmirlər”. (Report)