12.03.2025, 15:20
AZ EN
19.07.2023, 09:35 339

Xankəndidə Bakıya qarşı çadırlı aksiya

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Rusiya sülməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdəki erməni separatçılarının Bakıya qarşı aksiyası davam edir.

“Vətən səsi” xəbər verir ki, Xankəndi şəhərinin mərkəzi meydanında çadır quraraq oturaq aksiya keçirən separatçı-revanşistlərin bir qrupu ötən gecəni meydanda qurduqları çadırlarda keçiriblər. Terrorçu dəstənin qondarma “dövlət naziri” Qurgen Nersisyan  özünün “Facebook” səhifəsində oturaq aksiyanın keçirildiyi ərazidən paylaşdığı fotoların altında belə bir qeyd yazıb: “Bu dəqiqələrdə Stepanakertin (separatçılar Xankəndi şəhərini belə adlandırır – red.) “Dirçəliş meydanı” ümumerməni oyanışını gözləyir...”

Xatırladaq ki, Qarabağda yaşayan bir qrup erməni guya, Laçın yolunda yaradılmış “blokada”nı aradan qaldırmaq məqsədilə əhalini Xankəndinin mərkəzi meydanında oturaq aksiyaya qoşulmağa çağırıb. Etiraz aksiyasının əsas təşkilatçıları separatçı rejimin qondarma “dövlət naziri” Qurgen Nersisyan və üzdəniraq “inqilab partiyası”nın sədri Artur Osipyandır. Son vaxtlar separatçı dəstənin ən fəal üzvləri rolunda çıxış edən hər iki şəxs Azərbaycana qarşı həyasız hədələrlə çıxış edir. Qarabağda yaşayan erməni əhalinin Xankəndidəki separatçı rejimin rəhbərliyinə etimad etmədiklərini deyən Osipyan əhalini Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdə yerləşən nəzarət-buraxılış məntəqəsinə yürüş etməyə çağırıb. O, hətta

bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrini təxribata çəkmək istədiklərini də gizlətməyib. Məhz bundan sonra Xankəndinin mərkəzi meydanında oturaq aksiyası keçirməyə qərar verilib.

İyulun 17-i gecə saatlarında baş separatçı Araik Arutyunyan da Qarabağda yaşayan erməni əsilli əhaliyə müraciət edərək onları Laçın yolunun “bağlı qalması”na etiraz olaraq Xankəndində fasiləsiz oturaq aksiya keçirməyə çağırıb. Dünən isə onunla “mehriban düşmən” olan Ruben Vardanyan da çadırların qurulduğu meydana gələrək aksiyaya dəstək verib.

Elxan SALAHOV

Oxşar xəbərlər