Bu gün səhər saatlarında separatçı rejim Xankəndində aksiyaya başlayıb. Separatçıların qondarma “dövlət naziri” olan Qurgen Nersisyan dünən axşam video-müraciət edib və hamını meydana çıxmağa çağırıb. O bildirib ki, xalq hərəkatına başlayırlar və bugünkü aksiyada bundan sonra nə edəcəklərinə qərar verəcəklər. Sosial mediada yayılan məlumatlara görə isə separatçıların məqsədi Laçın dəhlizinə doğru yürüş etməkdir. Qeyd edək ki, separatçı rejim son dövrdə hər vəchlə təxribat törədib vəziyyəti gərginləşdirməyə çalışır.
Tahirə AĞAMİRZƏ