Nikol Paşinyan baş nazir olandan bəri hər həftənin cümə axşamı hökumətin iclası keçirilir. "Hraparak" xəbər verir ki, bu günkü iclasda N.Paşinyan gündəlikdəki, məsələlərdən daha Azərbaycan barədə danışıb. Xüsusi vurğulayıb ki, Azərbaycan erməni hərbi bölmələrinin Qarabağdan çıxarılmasını israrla tələb edir.
O, əlavə edib ki, guya Qarabağda Ermənistan ordusu yoxdur. Oradakı "müdafiə ordusudur" və həmin "ordu" erməniləri etnik təmizlənmədən qorumaq üçündür. Gülməlidir ki, Ermənistan, havadarları ilə 44 günlük müharibədə biabırcasına uduzduğu halda separatçı quldur dəstələri heç bir halda "təhlükəsizlik qalxanı" ola bilməz.
Nəsib