"Hraparak" müdafiə nazirliyinə istinadən xəbər verir ki, iyulun 5-də Kiprdə Yunanıstan- Ermənistan arasında hərbi əməkdaşlığın illik proqramı imzalanıb.
Məsləhətləşmələrdə Ermənistan tərəfindən müdafiə nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Üçtərəfli hərbi əməkdaşlıq sənədi imzalandıqdan sonra Kipr Respublikasının milli qvardiyasının komandiri general-mayor Dimokridos Çervakis nümayəndə heyətləri ilə ayrı- ayrılıqda görüşüb və müzakirə olunan məsələ barədə mətbuata məlumat verilməyib.Agentlik iddia edir ki,üçtərəfli əməkdaşlıq Türkiyə rəsmiləri tərəfindən narazılıqla qarşılanıb.
N.Qaramanlı