20.09.2024, 00:12
AZ EN
14.06.2023, 14:15 284

Kim paytaxtda hakimdirsə....

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, dünən baş nazir Nikol Paşinyanın sədrliyi ilə hakim "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin geniş tərkibli iclası keçirilib.

VM-dən alınan məlumata görə, iclasda digər məsələlərlə yanaşı bu ilin sentyabrında İrəvanda keçiriləcək seçki ilə bağlı məsələ də müzakirə olunub.

Agentlik onu da bildirib ki,bu seçkidə İrəvanda 60 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Halbuki, 1 milyondan çox əhalisi olan bu şəhərdə heç vaxt 30-dan artıq seçki məntəqəsi olmayıb. Paşinyanın komandasının paytaxtda hakimiyyətdə olmasının məhz Paşinyan üçün faydalı olduğunu diqqətə çatdıran müxbir Serop  Marutyan yazır: "Türklərin məşhur məsəli var - İstanbulda hakim kimdirsə, Türkiyəyə də hakim odur. Əlbəttə, İrəvan İstanbul deyil, amma o, Ermənistanın paytaxtı, ən mühüm yaşayış məskəni kimi çox strateji önəmə malikdir. Ermənistanla Türkiyə və Azərbaycan arasındakı münasibətlərdə də İrəvanın bənzərsiz əhəmiyyəti var". O, məqaləsinin sonunda belə nəticəyə gəlib ki, bütün bunlara görə də Paşinyan İrəvanda yalnız özünə sərf edən adamların rəhbərlik etməsinə çalışır.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR