21.11.2024, 22:02
AZ EN
24.05.2023, 15:09 309

Paşinyan ABŞ-da alqışlanıb

XƏBƏRLƏR
  • "Hraparak" günorta xəbər yayıb ki, ABŞ-ın USAİD Avropa və Avrasiya məsələləri üzrə bürosunun rəhbəri Erin Yelizabet Makkin konqresin nümayəndələr palatasının xarici əlaqələr komissiyasından dinləmələr zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etməsini irəliləyiş adlandırıb. O, deyib "Ermənistanın baş naziri 4 saatlıq mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqca bəyan etdi. Bu tərəflərin müzakirə etdiyi birinci bənd idi.

O, bəyan etdi ki, SSRİ Baş Qərargahının 1975-ci il xəritəsindəki sərhədlərə görə Qarabağ Azərbaycanın tərkib hissəsidir".

Amerikalı diplomat səmimi etirafa görə N.Paşinyana təşəkkür edib.

Nəsib

Oxşar xəbərlər