20.10.2024, 09:32
AZ EN
19.05.2023, 13:24 153

"Qütb" uçuruma gedir

XƏBƏRLƏR
  • Ermənistandakı radikal "Qütb" təşkilatının rəhbərləri dosent, sabiq səfir Ara Papyan və anti-rus mövqeyi ilə seçilən Jirayr Səfilyan bu gün mətbuat konfransı keçirib yenə də reallıqla uzlaşmayan fikirlər səsləndiriblər. Onlar Paşinyanın çıxışlarındakı məntiqin, demək olar ki, hamısını qəbul etmədiklərini dilə gətiriblər. Baş nazirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi isə hər iki sabiq məhbusu daha da hiddətləndirib. Siyasi reallıqla boşboğazlığı eyniləşdirən Ara Papyan alım və diplomat deyil, adi vətəndaş kimi də diletant olduğunu isbatlayıb.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacağı təqdirdə xalqı ayağa qaldırıb müharibəni başlayacaqlarını xüsusi vurğulayan bu avantüristlər hələ dərk edə bilmirlər ki, mitinqlərə 200 nəfər cəlb edə bilmədikləri halda xalqı hansı nüfuzları müharibəyə qaldıracaq. Amma bu həqiqətdir ki, "Qütb" indi şimalda qazılan uçuruma doğru gedir .

Nəsib

Oxşar xəbərlər