İspaniyalı yarımmüdafiəçi Təbrizin “Traktor” klubuna keçib. Bu barədə Təbriz klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun son klubu İspaniyanın “Kartaxena” komandası olub.
2019-cu ilin yayından 2022-ci ilin iyulunadək “Qarabağ”da çıxış edən futbolçu 69 oyunda 14 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. (AZƏRTAC)