07.06.2025, 22:07
AZ EN
16.12.2022, 15:33 340

Ağdamlı idmançılar mükafatlandırılıb

XƏBƏRLƏR
  • Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənov Alpaqut Türk Turan Döyüş Sənəti üzrə Türkiyənin Bursa şəhərində keçirilən III dünya çempionatında iştirak edərək yüksək nəticələr əldə edən bir qrup ağdamlı idmançını qəbul edib.

RİH başçısı yüksək nəticə əldə etdiklərinə görə idmançıları təbrik edib, onlara idman həyatında uğurlar arzulayıb və fəxri fərmanla təltif edib.
Səmimi qəbula və onlara göstərilən diqqətə görə idmançılar Ağdam RİH-nin başçısı Vaqif Həsənova öz minnətdarlıqlarını bildiriblər.
Sonda idmançılarla xatirə şəkli çəkdirilib.

 Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər