Bu sözləri Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında mübarizə aparan Belarusun karate yığmasının baş məşqçisi Yevgeni Şevloxov jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, idmançılar qələbə uğrunda sonadək mübarizə aparırlar və nəticələr tez-tez dəyişir.
O, həmçinin Azərbaycanın Oyunlara ev sahibliyini yüksək qiymətləndirib. Qeyd edib ki, yarışın müxtəlif şəhərlərdə keçirilməsi ölkə üzrə infrastrukturun inkişafına mühüm töhfə verir.
Y. Şevloxov MDB Oyunlarında mehriban ab-havanın mövcudluğunu da qeyd edib.(AZƏRTAC)