10.10.2025, 09:48
AZ EN
02.10.2025, 16:26 126

Qubadlı məktəblisi robot olimpiadasında I yerə layiq görülüb

XƏBƏRLƏR
  • Qubadlı rayonu Çaytumas kənd Hafiz Quliyev adına Texniki fənlər təmayüllü məktəb-liseyin VII sinif şagirdi Hüseyn Şirinzadənin də tərkibində olduğu "ProElementary" komandası VIII Robot Olimpiadasında "Robomission" kateqoriyası üzrə qızıl medal qazanıb.

Yarış 26-28 sentyabr 2025-ci il  tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Olimpiadanın final mərhələsində 8-19 yaş arası yeniyetmə və gənclərdən ibarət 153 komanda iştirak edib. 
Qeyd edək ki, qaliblər bu ilin noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edəcəklər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər