10.09.2025, 11:33
AZ EN
09.09.2025, 21:57 127

DÇ-2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç-heçə edib

XƏBƏRLƏR
  • DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.

Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.

Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib. (AZƏRTAC)

Oxşar xəbərlər