Ölkəmizi yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edir.
Üçüncü turda Məmmədyarov, Məmmədov və Balacayeva qələbə qazanıb. Muradlı, Süleymanlı və Fətəliyeva oyunlarını heç-heçə ilə başa vurublar, Beydullayeva isə məğlub olub.
Turnir cədvəlində kişilər arasında azərbaycanlı şahmatçılardan ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur – 2 xal və 11-ci yer. Məmmədyarov da 2 xal toplayıb, lakin hazırda 31-ci sıradadır. Qadınlar arasında isə Ülviyyə Fətəliyeva 2 xalla 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, yarışda ümumilikdə 172 şahmatçı iştirak edir, mükafat fondu isə 855 min dollar təşkil edir. (Trend)