15.09.2025, 12:11
AZ EN
24.08.2025, 23:18 224

Azərbaycanın yunan-Roma güləşi millisi dünya çempionatında üçüncü olub

XƏBƏRLƏR
  • Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub.

Yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.

90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb. (Report)

Oxşar xəbərlər