25.06.2025, 20:05
AZ EN
25.06.2025, 15:51 132

Kevin Medina: Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim

XƏBƏRLƏR
  • Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim.

Bu sözləri açıqlamasında “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.

Kolumbiyalı müdafiəçi Ağdam klubunun rəhbərliyinin və futbolçularının Xankəndidə tələbələrlə görüşü barədə təəssüratlarını bölüşüb: “Burada hər şey sürətlə baş verir. Yeni tikinti işləri aparılır, insanlar üçün hər bir şərait yaradılır. Düşünürəm ki, şəhər sakinləri də çox xoşbəxtdirlər. İnkişaf göz önündədir. Hər şey möhtəşəmdir”.

Komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iştirakına dair də fikirlərini bildirən K.Medina bu mövsüm əvvəlkindən daha çox uğurlar qazanacaqlarına inandığını söyləyib: “Bu haqda danışmaq üçün tez olduğunu düşünürəm. Əlbəttə ki, yaxşı nəticələr üçün çoxlu məşqlər etmək lazımdır. Həftəlik məşqlər olduqca vacibdir. Turnirdə irəliləyəcəyimizə inanıram. "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcəyik. Hansı rəqiblə qarşılaşacağımız önəm kəsb etmir. Sadəcə yaxşı hazırlaşıb, gözəl oyun nümayiş etdirmək barədə düşünürük”. (AZƏRTAC)

Oxşar xəbərlər