30.04.2025, 19:53
AZ EN
30.04.2025, 15:07 224

Deputat: "İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk"

XƏBƏRLƏR
  • İşğaldan azad olunan torpaqlardan dünyaya sülh mesajı göndəririk.

Bunu Milli Məclisin deputatı Elman Nəsirov Suqovuşanda başlayan "Prezident Kuboku-2025" turniri barədə jurnalistlərə açıqlamasında deyib.

O, hazırda Suqovuşanda bayram ab-havası olduğunu söyləyib:

"Əvvəllər keçirilən turnirdə cəmi 4 ölkə təmsil olunurdu. Hazırda isə bu say 20-ni ötüb. Bu gün qürur hissi ilə qəhrəman igidlərimizin, canını fəda etmiş şəhidlərin hesabına azad olunmuş torpaqdayıq. Bu torpaqlar 30 il ərzində ermənilərin işğalı altında idi. İndi buradan dünyaya sülh mesajı göndəririk. Bu, böyük idman hadisəsidir, həmçinin bunun öz siyasi çəkisi də var".

Elman Nəsirov gənclərin avarçəkmə yarışına maraqlarının artdığını bildirib:

"Gənclər böyük həvəslə avarçəkmə ilə məşğul olmağa başlayıblar. Bu cür turnirlər sözügedən idman növünə diqqət və marağı bir qədər də artıracaq".

Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar. (Report)

Oxşar xəbərlər