İdman ustası Müzadil İmanovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə keçirilən Göygöl turnirində Xocavənd UGİŞM güləşçisi Hüseynli Ömər Vüsal oğlu birinci yerin (29 kq) qalibi olub.
Birincilikdə 32 rayondan ümumilikdə 250 güləşçi iştirak edib. Yarışın sonunda fərqlənən idmançılar diplom, medallar və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, qalib güləşçinin məşqçisi əməkdar güləşçi Nofəl Hüseynovdur.