UEFA Millətlər Liqasının V turunda keçirilən oyunlar çərçivəsində C liqasında çıxış edən Ermənistan millisi öz meydanında Farer adalarını qəbul edib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 33-cü dəqiqədə Vilolmur Devidsen vurub.
Qeyd edək ki, erməni azarkeşlər son vaxtlar uğursuz nəticələrə görə Ermənistan Futbol Federasiyası rəhbərinin istefasını tələb edirlər. (APA)