Gimnastlarımız Litvanın Vilnüs şəhərində keçirilən yarışda uğurlu çıxış ediblər.
Komandamız 5 medal qazanıb. Məryəm Baloğlanova gürzlərlə hərəkətlərin icrasında qızıl, toplarla çıxışında isə bürünc medal qazanıb. Azadə Atakişiyevanın qazandığı hər 3 medalın əyarı gümüş olub. O, çoxnövçülük proqramı ilə yanaşı halqa və toplarla hərəkətlərin icrasında 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi yarışa məşqçilər Valentina Ukleina və Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanıb. (Trend)